öykü

Bu mənəm şeytanın öz balası


... Heç də önəmli deyil, ən əsas məsələ budur ki, mən hələdə diriyəm. Nə yazıq ki, hələlik məni dözmək məcburiyətindəsiniz. Bilmirəm, bir gün, bir həftə, bəlkədə, nə bilim bir ay! Yox, darıxmayın, nəhayət bir həftəyə kimi qurtaracağam, bunu kişi kimi söz verirəm. Baxın barmaqlarımın başı qaralmağa başlayıb, dırnaqlarım inanılmaz qədər uzabıb, ha belə üzümün, qoltuqlarımın və başımın tükləri! oyyy dəhşətdir! yəqin ki, cəndək qoxusu tutmuşam. Yüz fayız!. Vaz keç, hər şey yaxşı olacaq, onsuzda hər nə öz təbii halındadır, dəqiq, saat kimi! Hə... bunu da deyim ki, mənim hislərim inanılmaz qədər itiləşib, məsələn hərdən gözlərimi hasta-hasta tərpədirəm. Bütün təsvirləri tikə-tikə ap-aydın şəkillər kimi bir-birindən ayıra bilirəm. əllərim isə öz vəzifəsini ideal halda yerinə yetirir,üzümü,qarnımı, kürəyimi gərəkən vaxtda qaşıyıram - sizə demişdim ki hər zad öz təbii halındadır - ən sevindirici yeri burasıdır ki, inanılmaz bir sürətlə yazada bilirəm. Qıçlarım... hə, ancaq qıçlarım sanki mənim deyil. Neçə gün bundan əvvəl başlandı, hərnə iki-üç günün içində baş verdi - dəqiq deyə bilmərəm-. Ilkcə xamladılar, sonra kehəldi, bir az sonra taxta kimi bərkidi və nəhayət iflic oldu. Təəccüblu yeri burasıdır ki, bu prossesdə heç bir ağrı duymadım! Hə, hər zad mən istədiyim kimi oldu. O, ayaq dırnaqlarımdan başlayıb mənə sarı irəlilədi - başıma sarı - çox gizli və sehirli halda, məni incitmədən və incəliklə! Zərrə-zərrə irəliləyir də, mənə toxunmadan, ağrıtmadan və hamısıdan önəmli məni diskindirmədən. Dedim ki, ilkcə bədənimin ən uzaq yerlərindən – qıçlarımdan - başladı, dəqiq desəm dırnaqlarımdan. Onun nə olduğunu baş çıxarmıram, doğrusu baş çıxarmağa da maraqlanmıram. Vaz keçək, önəmli deyil, dünyada fikirləşməyə bundan artıq maraqlandırıcı şeylər var. Məsələn keçmişimi dəqiq - heç bir dəyərsiz anını da gözdən salmadan - xatırlamaq! Dəqiqən olduğu kimi. Bunun nədəni önəmli deyil, önəmlisi sırlı bir duyğudur ki, məni bu işin zorunda qoyur. Mərəz yəqin ki, budlarıma qədər irəliləyibdir. Ancaq ondan artıq irəliləməyinə - ən azı üç saat bundan qabağa qədər - inanmıram. Hava çox istiydi. Məcbur oldum kulqabını tullayıb pəncərənin kiçik camını sındıram - və necədə diqqətlə tulladım!-. Sonra hardansa toz basmış bir şeytan toru qırılıb, düşüb pəncərənin önündən asılı qaldı. Sonra başladı yellənməyəş İlan kimi qıvrılıb düzəldi, yox bağışla, Ərəb rəqqasəsi kimi rəqsə başladı, sanki dözülməz bir ağrı içindədir, qıvrılıb düzəldikcə ışıq saçaqlarını gözlərimə əks etdirdi. Qıçlarım ara nəsə tərpəndi, gözlərimi rəqqasədən çəkib,ona baxa bilməzdim, onu əllərimlə yoxladım. Yüz fayız yanılmamışdım, ömrümdə birinci kərədir ki, özümdən bunca arxayınam. Demək hələdə göbəyimdən aşağı hissi ölməmiş, diri bir yerim qalırmış! Dünyada bunca ləzzət çəkməmişdim.Yatdığım halda gözlərim ayaq dırnaqlarımda sakit, hərəkətsiz böcəyə toxunur. Onu qorxudub qaçırmaq üçün durmadan əllərimi tərpədirəm. Əllərimi qaldırıb var gücümlə budlarıma çırpıram, nəyə böcək tərpənmədən dayanıb. Bəlkə mənim mərəzim onada yoluxub! Zəhmətinə dəyməz deyə başımı başqa bir şeylə qatıram. Dayan, dedim ki, istəyirdim böcəyi qorxudam! “QORXUDMAQ!”, bu söz mənə hər bir sözdən artıq tanışdır, bəlkədə ən çox tanıdığım və duyduğum kələmədir. Siz təsəvvür edə bilməzsiniz ki, mən nə qədər yaxşı bu kəlməni hiss edirəm: ”qorxutmaq”! Bir kəz uşaqlıqda,-yatmısızmı?- deyə cavab gözləmədən anam ışığı söndürüb, qapını bağlayıb yataq otağına getdi. İndi mənim üçün ən əlverişli fürsət idi. Pəncərənin pərdələri kip çəkilmişdi, heç bir ışıq içəri buraxmadan! Bu, görəcəyim işi daha da rahatladırdı. O zaman kiçik bacım süt dişlərini tökmüşdü, bu mənə inanılmaz qədər əzab verirdi, nəisə onu kimsəyə bənzədirdim.Bundan da ağır faciyə odur ki, həmən günlər onun yataq yerini mənim otağıma gətirmişdilər. Bu, doğrusu gecələr mənim görəcəyim bəzi işlərə mane olurdu. Özəlliklə onun gec yatması! Onun yatağı mənimkinin istiqamətində idi. Yani elə bir halda ki, dabanlarımız üz-üzə dururdu. Hər halda mən görəcəyim işi dəfələrlə gözü bağlı təmri etmişdim. Hər zad öz qaydasında idi. Onun adətlərinə tanış idim - doğulandan indiyə tək bütün işlərinə göz qoymuşdum, ən azı iki saat yatağa keçib, yuxlamağı çəkirdi.Bu dəhşət idi, dəhşət!. Hasta-hasta yerimdə fırlandım, çox zarafat ilə, çooooox! Təsəvvür edə bilməzsiniz nəqədər incəliklə səssiz səmirsiz fırlanıb, büküldüm. Su da tərpənmədi! 180 dərəcə fırlandım. Nəfəsimi udmuşdum, bəlkədə fırlanmağım bir saat çəkdi. Çox hasta, ən kişik yanlış hər nəyi pozub həfətə boyu fikirləşdiyim planı birbirinə vura bilərdi. Saqınaraq, nəfəs dərmədən, istədiyim durumda dayandım. Buraya kimi hər zad öz qaydasında idi. Heç bir yanlış etmədən işin ən ağır bölümünü qurtarmışdım. Ən kiçik olaylar öncədən dəqiq hesablanmışdı, milimetrinə kimi, çox dəqiq! Üzü üstə yatdığım halda, əllərimi bacarınca göyə qaldırdım- gərəyincə öncədən vərdiş etmişdim- sonsuz bir incəliklə və söz verirəm ki yüz fayız hələdə ayıq idi. Otaq qaranləqa bürünmüşdü, zil qaranlıq! Nəfəsimi udmuşdum, dedim ki, ən kiçik bir yanlış hər nəyi poza pilərdi. Dəqiqcə ayaqlarının harada və necə durduğunu bilirdim. Əllərimi qalmırdığım halda, var gücümlə endirib ayaqlarını tutdum. Dəlicəsinə qışqırdı- özüm də diskindim- sonra dözdüm, heç bir səs gəlmədi. Hər zad bir anda baş verdi, dəqiqən sezdiyim kimi. Tələsik yerimə keçdim. Sonra atam,..., yoxsa anam – bilmirəm hankisi öncə - içəri keçdi, anam ışığı söndürüb höyləsək uşağı bağrına basdı. Onun dişsiz ağzından sarı köpük axırdı. Ayağa qalxıb ləş kimi sərilmiş qızcığaza baxdım. Dəhşət idi, saçları gəc kimi ağarmışdı!. Hə ...,heç zad, boş ver. Ancaq bilmirəm öncə atam içəri keçdi yoxsa anam! Anam yoxsa atam?!- Bunu dəqiqləşdirmək gərəkir, yoxsa məni incidəcəkdir- bax, anam yetişib ışığı yandırdı, atam isə dalınca..., hə qapını da anam açdı, hə doğrudur, hə ... mən sizə demişdim ki, beynim və hisslərim- ən azı göbəyimdən yuxarı- hələ də çox dəqiqdir.Zaman keçir, zərrə-zərrə fələc oluram, yox canım, zamanı hədər etmək olmaz. Qat-qat gərəkli işlər var. Gözlərimi ayaq dırnaqlarıma sarı gəzdirirəm, böcək yox olub, o haraya getdi? Bəlkədə heç əvvəldən yox imiş. Hər halda önəmli deyil. Indi göbəyimin kehəldiyini duyuram. Ürəyim bulandığından baş çıxara bilmirəm – artıq üç gündür ki, heç nə yeməmişəm- təsəvvür edə bilməzsiniz bu mərəz necə də rahatlıqla məni ayaqdan salır, hətta bəlkə bir tür ləzzət də eləyə bilirəm.Ancaq mən hər zadın fikirini öncədən etmişəm, bu birinci dəfədir ki, hər zadın fikirini etmişəm, çox dəqiq.Ola bilsin ki bu mərəz mənim bəzi hisslərimi itiləşdirmiş də olsun! Birinci dəfə dir ki, bu qədər hər zada ciddiləşmişəm. Qulaqlarım inanılmaz qədər itiləşibdir, ürəyimin döyüntü səsini aşıq aydın eşidirəm. Yox bu yetməz, əllərimlə sinəmi ləms edib, hələ də ürəyimin döyünüb-döyünməməsin yoxlayıram.yəqin ki bədənim it qoxusu tutub. Eh... boş ver zaman tükənir,tələsmək gərəkir, ən vacib işlər var!. Örnək üçün keçmişimi dəqiqcəsinə xatırlamaq. Dedim ki “tələsmək”, bu kələməni nədənsə indiyə tək bəlkədə heç yerdə işlətməmişəm. Çox mənasız görünürdü. Bəlkə də bununla bağlı heç bir yaddaşım yox, hmm..., dayan indi yadıma düşdü!”tələsmək”, tapdım,hə..., 13 yaşım varkən də oldu, hər zad yadımdadır. Hər şey o qarı kaftarın daxmasında baş verdi. Döşləri...əh, aslaq və tərli döşləri üzümə toxunurdu, ürəyim bulanırdı. Əllərimlə döşlərini göydə saxlamaq istəsəmdə, yenədə üzümə toxunurdu, yenə də!-indi sanki ürəyimin döyüntüsü zəiflənir-,hə deyirdim, it görkıminə düşmüşdü və necə də mırıldayırdı!. Hə, deyirdim,işi bitdirməyə çalışırdım. Amma o qoymurdu, atli əlləri ilə omuzlarımdan yapışmışdı, döşləri, ah, təri döşlıri üzümə toxunurdu.qan-tər içində çalışırdım. Boğazıma acı su gəlirdi, tövşəməyə düşmüşdüm. Ara-sıra məni ağlamaq tutsada özümü saxlaşdırırdım. Ürəyim az qala ağzıma gəlirdi, ürəyim az qala dayanırdı,ürəyim dayanırdı, ürəyyyyim dadayyy...

hekaye